Sərt karantindən imtina edən yeganə dövlətdən etiraf: “Uğursuz oldu”

18-12-2020, 17:25           
Sərt karantindən imtina edən yeganə dövlətdən etiraf:
İsveç koronavirusla mübarizədə uğursuzluğu etiraf edib.
Cebhe.info xəbər verir ki, bəyanatı İsveç kralı 16-cı Qustav səsləndirib.
O, karantindən imtinanı nəzərdə tutan koronavirusla mübarizəyə dair milli strategiyanın iflasa uğradığını açıqlayıb.
"Bizim ölümüz çoxdur, bu dəhşətlidir”,-deyə kral bildirib.
Monarx qeyd edib ki, İsveç vətəndaşları bu qərardan ciddi əziyyət çəkiblər. Hətta bir çoxları vəfat etmiş ailə üzvləri ilə vidalaşa bilməyiblər: "Bu, ölkə üçün ağrılı təcrübə idi".
Xatırladaq ki, İsveç Avropa Birliyində sərt karantindən imtina edən yeganə ölkə olub. Hökumət bildirib ki, kollektiv immunitet yaranması üçün sərt karantindən imtina vacibdur. Üstəlik bu, iqtisadi çöküşün qarşısını ala bilər. Ancaq ölkədə yoluxma sayı 350 minə çatıb. 8 minə yaxın insan vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru