ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

19-12-2020, 05:23           
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru