İranın gizli nüvə planı: Yeraltında inşa olunan şübhəli obyekt – Şok iddia

19-12-2020, 07:48           
İranın gizli nüvə planı: Yeraltında inşa olunan şübhəli obyekt – Şok iddia
İranın nüvə silahı əldə etmək üçün yeni obyektlərin tikintisini davam etdirdiyi iddia olunub.

Teref.az xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” agentliyi Tehrandan 90 km məsafədə yerləşən Fordo nüvə obyektində inşa olunan yeraltı infrastrukturun peyk görüntülərini yayımlayıb.

“Maxar” texnologiyası vasitəsilə 4 oktyabr-11 dekabr tarixlərində peykdən çəkilən iki fotoda zəlzələ və hücumlara davamlı olması planlaşdırılan yeraltı obyektin inşasında çox sayda sütunların tikildiyi bəlli olub. Rəsmi adı Şəhid Əli Məhəmmədi Nüvə Mərkəzi olan və Qum şəhəri yaxınlığında inşa olunan yeraltı infrastruktur haqda geniş məlumat olmasa da, tikinti işlərinin sentyabr ayının sonlarında başladığı deyilib.

Middlböri Beynəlxalq Araşdırmalar Mərkəzininin nüvə mütəxəssisi Cefri Levis verdiyi açıqlamada bildirib ki, bu ərazilərdə baş verən bütün dəyişikliklər İranın nüvə proqramının hansı istiqamətə inkişaf etdirildiyinin bir işarəsi kimi izləniləcək. teleqraf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.