Ermənistan Qarabağın müstəqilliyini tanıyacağı vaxtı açıqladı – Ara Ayvazyan

20-12-2020, 13:20           
Ermənistan Qarabağın müstəqilliyini tanıyacağı vaxtı açıqladı – Ara Ayvazyan
“Yaxın vaxtlarda Dağlıq Qarabağın statusunun müzakirələri gözlənilir. Əgər Azərbaycan statusu müəyyənləşdirmək üçün danışıqlara razı olmasa, onda Ermənistan Qarabağın tanınması prosesinə başlaya bilər”.

Teref.az xəbər verir ki, bu fikirləri Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində səsləndirib. Nazir daha sonra deyib: “Çoxları indi hərbi gücün tətbiqi ilə “Artsax”ın statusu məsələsinin gündəmdən çıxdığını düşünərək səhv edirlər. Minsk Qrupunun həmsədrləri Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədilər. Azərbaycan bu mövzuda razılaşmasa, Ermənistan “Artsax Respublikası”nın tanınması prosesini nəzərdən keçirəcək”.KONKRET.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru