Koronavirusun yeni növü sürətlə yayılır, karantin daha da sərtləşdirilə bilər

20-12-2020, 23:18           
Koronavirusun yeni növü sürətlə yayılır, karantin daha da sərtləşdirilə bilər
Litva hökuməti ingilis səlahiyyətlilərinə görə həmişəkindən daha sürətli yayılan koronavirusun yeni növünə görə Britaniya ilə uçuşların dayandırılması ehtimalını müzakirə edir.

Pravda.az-ın məlumatına görə, bu barədə Litvanın nəqliyyat və kommunikasiya naziri Marius Skuodis bazar günü ölkənin milli radiosu efirində açıqlama verib.

"Baş nazir İnqrida Şimonite və komandası ilə bu çətin vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək ağlabatan tədbirləri müzakirə edirik", - nazir deyib.

Onun sözlərinə görə, Britaniya ilə avia uçuşların ləğvi də daxil olmaqla müxtəlif variantlar mümkündür. Alternativ kimi aeroportda bütün gələnlərin koronavirus testindən keçirilməsi ola bilməsi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru