Almaniya Britaniya ilə uçuşları dayandırdı 20-12-2020, 22:40 Almaniya hökuməti Avropa Birliyinin Böyük Britaniyaya uçuş qadağası tətbiq etməsini istəyir.Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.Bildirilib ki, Berlin 21 dekabr - 6 yanvar tarixlərində bu qadağanın tətbiq edilməsinə çalışır.La-Manş tuneli və dəniz yolu ilə AB ərazisinə girişə icazə verilib-verilməyəcəyi isə sual altındadır.***Almaniya bu gecədən Böyük Britaniya ilə uçuşları dayandırır.Bu barədə Almaniya Səhiyyə naziri Yens Şpan deyib.O bildirib ki, mutasiyaya uğramış koronavirus səbəbindən Cənubi Afrika Respublikası ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Facebook-da paylaş