Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti uzadıldı

21-12-2020, 02:52           
Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti uzadıldı
Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti iki illiyinə uzadılır.

Publika.az xəbər verir ki, bu barədə missiyanın rəsmi veb-səhifəsində dərc olunub.

Bəyanatda qeyd olnur ki, 3 dekabrda Avropa İttifaqı Şurası qərar qəbul edib Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyasının müddəti 2022-ci il 14 dekabra qədər uzadılır.

Qeyd olunan müddət üçün Avropa İttifaqı büdcəsində missiya üçün 44,8 milyon avro nəzərdə tutulub.

Xatırladaq ki, Gürcüstanda Avropa İttifaqı müşahidəçilər missiyası (EUMM) mülki missiyadır və 2008-ci ilin dekabrında Rusiya-Gürcüstan arasında avqust müharibəsindən sonra Avropa İttifaqının vasitəçiliyi ilə nail olunan altı müddəalı razılaşmadan sonra yerləşdirilib. Missiyanın məqsədi münaqişə tərəfləri arasında əlaqələrin sabitləşdirilməsinə, normallaşdırılmasına və etimadın möhkəmləndirilməsinə imkanlar yaratmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru