Azərbaycandakı əsirlərin siyahısı... - Arutyunyan

22-12-2020, 05:37           
Azərbaycandakı əsirlərin siyahısı... - Arutyunyan
Ermənistan rəhbərliyi Azərbaycanda əsirlikdə olan 62 nəfərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) verib.

Teref.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan əsirlikdə olanların qohumları ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, onların qayıtmaları üçün hər şey edilir.

"62 nəfərin adı BQXK-ya, şəxsi işləri isə Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Məsələ Qarabağdakı rus sülhməramlı kontingentinin komandanlığının da diqqətindədir”, - Arutyunyan bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanda əsirlikdə olan 44 erməni hərbçisi ölkələrinə göndərilib. (Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru