"Apple" şirkəti Kaliforniya və Londonda olan mağazalarını müvəqqəti olaraq bağladı

22-12-2020, 08:15           
"Apple" şirkəti Kaliforniya və Londonda olan mağazalarını müvəqqəti olaraq bağladı
"Apple" şirkəti yeni növ koronavirusun səbəb olduğu xəstəliyin qarşısının alınması məqsədi ilə ABŞ- ın Kaliforniya ştatında 53 və Böyük Britaniyanın paytaxtı Londonda 10-dan çox mağazanın hamısını müvəqqəti olaraq bağlayıb.

Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı xəbər verib.

Şirkətdən bildiriblər ki, koronavirusla əlaqəli COVID-19 xəstəliyi ilə bağlı yaranmış vəziyyətə görə xidmət göstərildiyi ərazilərdə şirkətiin mağazaları müvəqqəti olaraq bağlanır:

"Bu tədbirləri ehtiyat üçün görürük, vəziyyəti yaxından izləməyə davam edirik və müştərilərimizin və işçilərimizin tezliklər qayıtmasına ümidvarıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru