Zəlimxana görə Rusiyaya sanksiya tətbiq edilə bilər

22-12-2020, 08:10           
Zəlimxana görə Rusiyaya sanksiya tətbiq edilə bilər
Almaniya Berlində qətlə yetirilən Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvili ilə bağlı Rusiyaya sanksiya tətbiq edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Şpiqel" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Berlin Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırır, amma rusiyalı bloger Navalnıya görə yox:

"Hökumət dairələrindəki mənbələr Avropadakı ortaqları ilə birgə hərəkət etmək və Berlində baş verən qətl hadisələrinə görə məhkəmə qərarından öncə yeni sanksiyalar tətbiq etmək lazım olduğunu bildirir".

Alman mediası məhkəmə qərarının mart ayında verilə biləcəyini bəyan edib.

Qeyd edək ki, Z.Xanqoşvili ötən ilin avqust ayında Berlində başından vurularaq qətlə yetirilib. Şübhəli qismində Rusiya vətəndaşı Vadim Sokolov göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru