Əli Ağ Evdə - Bayden administrasiyasında vəzifə aldı

22-12-2020, 09:48           
Əli Ağ Evdə - Bayden administrasiyasında  vəzifə aldı
Pakistan mənşəli ABŞ müsəlmanı Əli Zaidi Bayden-Harris administrasiyasında iqlim məsələləri üzrə milli müşavirin müavini təyin olunub.

Moderator.az xəbər verir ki, bu haqda “CNN” məlumat yayıb.

Biden-Harris Transition veb-saytında yayımlanan açıqlamada Zaidinin "dünyada iqlim böhranı ilə mübarizə aparan yeni seçilmiş Prezidentin gündəmini" təbliğ edən komandanın bir hissəsi olacağı bildirilib.

Zaidi, 5 yaşında ikən - 1993-cü ildə valideynləri ilə Pakistandan Edinboroya köçüb.

Bakalavr dərəcəsini Harvard Universitetində alıb.

“Yeni seçilmiş Prezident Co Bayden mənə zəng vuranda təəccübləndim. Mən bundan şərəf duydum. Və işə başlamağa hazıram! "- “CNN” pakistanlı Əlinin sözlərini sitat gətirib.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru