Ukrayna dənizdə Rusiyaya "yeni Pearl-Harbor" dəhşəti yaşatmalıdır
22-12-2020, 15:01
Kiyev Hökuməti Krım və Donbasın azad edilməsi üzrə hərbi "Azadlıq" strategiyasını işləyib hazırlamalıdır.
Oxuməni.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın tanınmış politoloqu, sosial iqtisadiyyat doktoru Zinovi Svereda "Birbaşa" telekanalının efirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, münaqişənin həllində "Normand formatı" əhəmiyyətini itirib. Almaniya və Fransa isə danışıqlarda birmənalı mövqe tutmayıb. Ona görə də danışıqlara ABŞ və Böyük Britaniya da cəlb edilməlidir.
"Bundan başqa, biz istəsək də, istəməsək də, Ukrayna öz hücum strategiyasına malik olmalıdır. Biz hücum taktikasını seçməliyik, müdafiə strategiyasından uzaqlaşmalıyıq ",- deyə o bildirib.
Rusiyaya qarşı həyata keçiriləcək konkret tədbirlər sırasında o, Kerç körpüsünü partlatmağı və Rusiya donanmasına "yeni Pearl-Harbor" dəhşəti yaşatmağı təklif edib.
Onun fikrincə, bu yolla Ukrayna öz maraqlarının qorunması məsələsində qətiyyətli addımlar atmalıdır və yalnız o zaman Böyük Britaniya və ABŞ ona bərabərhüquqlu tərəfdaş kimi yanaşacaqlar.