Avropa Məhkəməsi erməniləri pərişan etdi: - "Soyqırım" tarixi fakt deyil"
22-12-2020, 16:12

Avropa Məhkəməsi erməniləri pərişan etdi:
Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb.
Cebhe.info xəbər verir ki, bu barədə Xudafərin.eu məlumat yayıb. Strasburqda İnsan Haqları üzrə Avropa Məhkəməsində Böyük Palatanın iclası keçirilib.
Burada İsveçrə hökumətinin 17 dekabr 2013-cü il tarixli qərar üzrə apellyasiya şikayəti üzrə "Doqu Perinçek İsveçrə əleyhinə" iddiasında son hökm oxunub.
Böyük Palata İsveçrənin apellyasiya şikayətini rədd edib və əvvəlki qərarını dəyişməz hesab edib. Yəni "erməni genosidi"nin tarixi fakt olmadığına qərar verib. Avropa Məhkəməsi hesab edir ki, "erməni genosidi" fikrinin yaradılması belə, insan haqlarının pozulması deməkdir və İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin pozulması hesab edilir.
Avropa Məhkəməsinə ədalətli hökm çıxarmasına məhkəmə zalında Ermənistandan olan nümayəndələrin - baş prokuror Gevorq Kostanyan, Ermənistanın maraqlarını müdafiə edən məşhur vəkillər Ceffri Robertson, Amal Kluni və Tobi Kolisin də iştirakı mane ola bilməyib.
Qeyd edək ki, dünya erməniləri 1-ci Dünya Müharibəsi illərində ovaxtkı Osmanlı İmperiyasını, indiki Türkiyə Respublikasını ermənilərə qarşı genosiddə günahlandırır. Türkiyə öz növbəsində bildirib ki, həmin illərdə heç bir "genosid" olmayıb. Belə ki, 1-ci Dünya Müharibəsi illərində Osmanlı İmperiyasının bütün xalqları əhəmiyyətli itkilər verib və bundan tarixi predmet kimi istifadə edərək Türkiyəyə qarşı çıxmaq yolverilməzdir. Bundan əlavə, Türkiyə dəfələrlə dünya alimlərinə həmin illərin arxivini açmağı məsləhət görüb, amma Ermənistan tərəfi öz arxivini açmaqdan imtina edib.