İlon Mask bir gündə milyardlar itirdi

22-12-2020, 16:17           
İlon Mask bir gündə milyardlar itirdi
İlon Maskın sərvəti bir gündə 8,8 milyard ABŞ dolları azalıb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu, şirkətin S&P 500 indeksinə qoşulduğu ilk gün “Tesla” səhmlərinin satışından sonra baş verib.

21 dekabrda onun sərvəti 144,7 milyard dollar olaraq qiymətləndirilib. İndi o, dünyanın ən varlı adamları siyahısında üçüncü yerə qayıdıb.

“Forbes” xəbər verir ki, Mask hələlik Bill Qeytsi qabaqlayır, lakin Ceff Bezos və Bernard Arnodan geri qalır.

Bazar ertəsi günü “Tesla” S&P 500 indeksinə daxil edilib, lakin ilk ticarət günündə o səhmlərin 6,5 %-ni itirib. Səhmlərin satılması koronavirusun yeni ştammı təhlükəsinə görə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru