Rusiyalı immunoloq: "Koronavirusun yeni mutasiyası dəhşətdir"

23-12-2020, 00:11           
Rusiyalı immunoloq:
“Koronavirus mutasiyaları mütəmadi olaraq baş verəcəkdir. Təbii seleksiya virus populyasiyasına fayda gətirən dəyişikliklər alıb. Bu, onlara yeni əraziləri ələ keçirməyə və çoxalmağa imkan verir. İnsandan insana yayılma ehtimalına səbəb olan mutasiya onun üçün inqilabi oldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, immunoloq Vladislav Zemçuqov “NSN”-ə verdiyi müsahibəsində deyib. Zemçuqov hesab edir ki, virusun mutasiya etməsi üçün bir neçə dəqiqə və ya saat kifayətdir. İngiltərə Səhiyyə Nazirliyinin dediyinə görə, koronavirusun yeni mutantı COVID-19-dan 70 faiz daha çox yoluxucudur.

“Yayılma sürətində bir artım olduğunu görmək üçün ən azı bir və ya iki ay vaxt lazımdır. Əgər yeni virus -4 dərəcədə yaşamaq fürsəti tapsa, onda hər kəs üçün dəhşətli olacaq. Bu vəziyyətdə, dünya əhalisinin 60-70% -nin immunitet əldə etməsi, yəni vaksinasiyanın aparılması zərurətə çevriləcək”,- deyə İmmunoloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru