Bayden komandasını formalaşdırır – Ağ Evdə yeni təyinatlar
23-12-2020, 00:15
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin administrasiyasına yeni təyinatların olduğunu açıqlayıb.
Bu barədə siyasətçinin keçid komandasının saytında yayımlanan açıqlamada qeyd olunub.
Bir neçə il Baydenin köməkçisi və məsləhətçisi işləyən Bryus Red Ağ Evin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Ağ Evin əməkdaşlarına isə rəhbərliyi Ron Klayn edəcək. Demokratın seçki kampaniya qərargahının əməkdaşı olan Elizabet Vilkins Klaynın baş məsləhətçisi olacaq.