Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb

23-12-2020, 00:00           
Kolumbiya iki rus diplomatı ölkədən çıxarıb
Kolumbiya səlahiyyətliləri kəşfiyyat fəaliyyətində şübhəli bilinən iki rus diplomatını ölkədən çıxarıblar. “Report” xəbər verir ki, bu barədə yerli “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, söhbət iki ildən artıqdır Kolumbiyada işləyən Aleksandr Paristov və Aleksand Belousovdan gedir.

Mənbələrə görə, rusiyalı diplomatlar Kali şəhərində müəyyən şəxsləri ələ almaqda, mineral ehtiyatların istismarı və hərbi sahələrlə bağlı məxfi məlumatlara maraq göstərərək iqtisadi casusluqla məşğul olmaqda ittiham edilib.

Artıq hər iki diplomat Kolumbiyanı Boqota-Amsterdam-Moskva aviareysi ilə tərk ediblə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru