Cənubi Koreya qırıcılarını havaya qaldırdı - Rusiya və Çin təyyarələrinin “soxulmasından” sonra

23-12-2020, 08:12           
Cənubi Koreya qırıcılarını havaya qaldırdı -
Dekabrın 22-də Cənubi Koreya bəyan edib ki, bu ölkənin hərbi-hava qüvələri hava-hücumundan müdafiə (HHM) sistemi zonasına 19 Rusiya və Çin hərbi təyyarəsinin soxulmasından sonra öz qırıcılarını havaya qaldırıb.

Cənubi Koreya qərargah rəisləri Birləşmiş komitəsinin məlumatına əsasən, 4 ədəd Çin hərbi maşını Koreya HHM sisteminin aşkalama zonasına daxil olub, onların ardınca isə 15 ədəd Rusiya təyyarəsi uçub («Röyter»).

Dəqiqləşdirilib ki, Cənubi Koreya hərbçiləri öz qırıcılarını «taktiki tədbir görülməsi» üçün göndəriblər.

Çin hərbçiləri isə Seula bildiriblər ki, Çin Xalq Respublikasının aviasiyası planlı hazırlıq uçuşları həyata keçirir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru