Rusiya Belarusa $1 milyard kredit ayıracaq

23-12-2020, 07:14           
Rusiya Belarusa $1 milyard kredit ayıracaq
Rusiya hökuməti Belфrusa 1 milyard dollar kredit verilməsi barədə razılaşmanı təsdiqləyib. Uyğun sərəncamı dekabrın 21-də Baş nazir Mixail Mişustin imzalayıb.

«Rusiya Maliyyə Nazirliyinin təqdim etdiyi və Rusiya XİN, İqtisadi İnkişaf Nazirliyi və «VEB.RF» dövlət korporasiyası ilə razılaşdırılmış, əvvəlcə Belarus tərəfi ilə işlənmiş, Rusiya Federasiyası və Belarus hökumətləri tərəfindən bağlanmış saziş layihəsi təsdiqlənsin» - sənəddə deyilir.

Saziş layihəsində nəzərdə tutulur ki, Rusiya 2020-2021-c illərdə Belarus hakimiyyətinə iki tranşdan ibarət, ümumi məbləği 1 milyard dollara ekvivalent olan kredit verəcək.

Xatırladaq ki, sentyabrın 16-da Belarus prezidenti Aleksandr Lukşenko bəyan etmişdi ki, Minsk onun təkidi ilə Rusiyadan 1,5 milyard dollar kredit alacaq. «Bu, mənim Rusiya rəhbərliyindən xahişim idi ki, həmin milyardı bu il sizə ödəməyəcəyik, özümüzdə saxlayacağıq və gələn ilə keçirəcəyik» - o zaman Lukaşenko demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru