Çindən ABŞ-a soyuq duş: MKİ-nin casusları ifşa olundu

23-12-2020, 22:29           
Çindən ABŞ-a soyuq duş:
Çin ilə ABŞ arasında informasiya müharibəsi pik həddə çatıb.

Axar.az xəbər verir ki, Çin kiber yollarla əldə etdiyi məlumatlardan yararlanaraq ABŞ-ın xarici ölkələrdəki casuslarını ifşa edib.

"Foreign Policy" jurnalında dərc olunan məlumatlara əsasən, Çin kəşfiyyatı 2013-cü ildən bəri ABŞ-ın Afrika və Avropaya göndərilən casuslarını aşkarlayıb.

Casusların ifşa edilməsi xüsusilə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinidə çaxnaşma yaradıb. MKİ-nin apardığı araşdırma nəticəsində Çinin gizli məlumatları kiber hücumlarla ələ keçirdiyi məlum olub. Belə ki, Çin casusların sağlıq və səyahət bilgilərini ələ keçirərək gizli məlumatları əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru