Zurabişvilinin “Qafqaz platforması” ilə bağlı sözləri ajiotaj yaradıb: "Bu çıxış başqa bir təşəbbüsə cavab kimi qəbul edilə bilməz"

23-12-2020, 01:08           
Zurabişvilinin “Qafqaz platforması” ilə bağlı sözləri ajiotaj yaradıb:
Gürcüstanın Prezident Administrasiyası Salome Zurabişvilinin ölkənin xaricdəki səfirlərinin illik toplantısında çıxışı zamanı “Qafqaz platforması” barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Qurumun yaydığı bəyanatda prezidentin çıxışından sonra əsassız ajiotajın yarandığı bildirilib.

Sənədə əsasən, yayılan məlumatlarda S.Zurabişvilinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan da daxil olmaqla 6 ölkənin iştirakı ilə yeni formatın yaradılması təşəbbüsü barədə danışdığı iddia olunur.

“Bu çıxış başqa hər hansı bir təşəbbüsə cavab kimi qəbul edilə bilməz və qəbul edilmir. Çünki prezident bir neçə dəfə və bölgədə münaqişə olan zaman da “Qafqaz platforması”nın yaradılmasını təklif edib. Prezident Gürcüstanın Qafqazdakı tarixi rolunu və birləşdirici funksiyasını daima vurğulayır”, – bəyanatda qeyd olunub/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru