ABŞ bu bölgəyə 4 gəmi, 5 min əsgər yerləşdirdi

24-12-2020, 07:46           
ABŞ bu bölgəyə 4 gəmi, 5 min əsgər yerləşdirdi
ABŞ Somali sahillərinə təxminən 5 min əsgəri daşıyan 4 gəmidən ibarət birliyi yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, 15-ci Dəniz Qüvvələri Ekspedisiya Birliyini daşıyan Makin Adası Amfibiya Qrupu Somali sahillərinə gətirilib:

"Bu əməliyyatın vəzifəsi ekstremist qrupları və onlara dəstək verən qüvvələri basqı altında saxlamaq, Somalidəki birliyi isə digər Afrika ölkələrinə yerləşdirməkdir".

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın əmrinə əsasən, amerikalı hərbçilərin böyük hissəsi Somalidən çıxmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru