İngiltərədə koronavirusun daha bir mutasiyası aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Cənubi Afrikada aşkar edilmiş virusun mutasiyası İngiltərədə tapılıb. Virus Cənubi Afrikadan gələn iki sərnişində qeydə alınıb. Mutasiyanın aşkarlanmasından sonra Cənubi Afrika Respublikası ilə uçuşlar dayandırılıb.