Ermənistanda hərbi həkimlərin səfərbərliyi elan edilib

24-12-2020, 14:18           
Ermənistanda hərbi həkimlərin səfərbərliyi elan edilib
Ermənistanda dekabrın 25-dən 2021-ci il yanvarın 20-dək hərbi həkimlərin səfərbərliyi elan olunub.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bununla bağlı bu gün hökumətin iclasında qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ehtiyat zabitləri sırasında olan 35 yaşadək həkimlər səfərbər ediləcəklər. Qərara əsasən, onların xidmət müddəti 2 ildir. Bu qərarla ehtiyat zabit korpusunda olan 70-ə qədər tibb mütəxəssisi səfərbərliyə cəlb olunacaq.
Eyni zamanda, dekabrın 31-də hərbi xidmətini başa vurmuş ehtiyatda olan zabitlər tərxis olunacaqlar.

Müvafiq qərara əsasən, ehtiyatda olan zabit heyəti arasında xidmətdən yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu şəxslərin barəsində cinayət işi başlanması üçün onlarla bağlı materiallar Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsinə göndəriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru