"Vəzifədən gedən ABŞ rəhbərliyi Rusiya ilə ikitərəfli münasibətləri korladı"

24-12-2020, 18:34           
"Vəzifədən gedən ABŞ rəhbərliyi Rusiya ilə ikitərəfli münasibətləri korladı"
"ABŞ prezidenti Donald Trampın vəzifədən gedən administrasiyası Rusiyanın haker hücumlarına qarışması ilə bağlı açıqlamaları ilə yalnız ikitərəfli münasibətləri korlayır və Ağ Evin yeni başçısı Co Baydenin Moskva ilə əməkdaşlıq qurmasına mane olur".

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirilən brifinqdəki çıxışında bildirib.

"Bizə qarşı yeni ittihamların əsl məqsədi yeni seçilən prezidentin beynəlxalq informasiya təhlükəsizliyi məsələləri daxil olmaqla, Moskva ilə əməkdaşlıq qurmasına mane olmaq cəhdidir. Bu, nə Rusiyanın, nə də Amerikanın milli maraqlarına uyğundur", - deyə Zaxarova qeyd edib.

O, Moskvanın hər hansı bir Amerika prezidenti ilə beynəlxalq informasiya təhlükəsizliyi məsələsində praqmatik və konstruktiv dialoq aparmağa hazır olduğunu bir daha təsdiqlədiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru