İsveçrədə COVID-19-un ən təhlükəli növü aşkarlandı

25-12-2020, 07:43           
İsveçrədə COVID-19-un ən təhlükəli növü aşkarlandı
İsveçrədə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti” İsveçrənin İctimai Səhiyyə Nazirliyinin Federal ofisi məlumat yayıb.

Məlumata görə, Britaniyanın bu ölkədəki iki vətəndaşında ilk dəfə koronavirusun yeni ştammı aşkarlanıb. Onların virusu başqalarına yoluxdurub-yoluxdurmadıqları hələ məlum deyil.

Britaniyada koronavirusun yeni ştammının aşkarlanmasından sonra İsveçrə öz ərazisində COVID-19-un yeni növünün aşkarlanmasının qarşısını almaq üçün operativ tədbirlər görüb.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Daha əvvəl Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru