Yerə düşən meteorit şəhəri silkələdi - VİDEO

25-12-2020, 02:47           
Yerə düşən meteorit şəhəri silkələdi - VİDEO
Çinin Tsinxay əyalətinin sakinləri səhəri güclü səs-küylə açıblar. Əvvəlcə yeraltı təkanlar olub, sonra səmada göz qamaşdıran işıq görünüb.

Qorxmuş insanlar məsələnin nə olduğunu anlamadan küçələrə qaçıblar, amma sonra telefonlarını əllərinə alıb çəkilişlərə başlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Zvezda” xəbər yayıb.

Məlumata görə, daha sonra Çinin Seysmoloji Mərkəzi ərazinin üstündən bir meteoritin uçduğunu bildirib. Səma cismi Yuyşu şəhərindən 40 kilometr aralıda adamsız əraziyə düşüb.

İtki və dağıntının olmadığı bildirilir. Alimlər dağlarda səma cisminin qalıqlarını axtarmağa başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru