ABŞ-dan ŞOK AÇIQLAMA: "Əhalinin 90 %-i peyvənd edilməlidir, yoxsa..."

25-12-2020, 08:54           
ABŞ-dan ŞOK AÇIQLAMA:
"Sürü toxunulmazlığının əldə edilməsi üçün əhalinin 90 %-nin peyvənd edilməsinə ehtiyac olacaq".

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci deyib.

ABŞ-ın aparıcı həkimlərindən olan Fauci bildirib ki, əvvəl sürü toxunulmazlığı üçün 70-75 % faiz insan peyvənd olunurdu. Ancaq xəstəlik nə qədər yoluxucudursa, peyvəndləmə nisbəti də bir o qədər yüksək olur. Əks halda müsbət nəticə verməyəcək.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, ölkədə indiyədək 1 milyondan çox insana COVID-19 peyvəndinin ilk dozası vurulub.

ABŞ-da təsdiqlənmiş "Pfizer" / "BioNTech" və "Moderna" peyvəndləri iki doza tətbiq edilir.

Tramp administrasiyası 20 milyon amerikalıya ilin sonuna qədər peyvəndin ilk dozasını verməyi hədəfləyib.

Bildirək ki, ABŞ-da19 milyondan çox insan COVID-19-a yoluxub, 336 mini isə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru