“Rusiya HDD daha 14 atom-sualtı qayığı alacaq” - Nazir müavini

26-12-2020, 01:37           
“Rusiya HDD daha 14 atom-sualtı qayığı alacaq” - Nazir müavini
Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçka «Krasnaya zvezda» qəzetinə bildirib ki, Rusiya hərbi-dəniz donanması (HHD) yaxın illərdə 14 ədəd atom-sualtı qayığı (ASQ) ilə gücləndiriləcək.

O, xəbər verib ki, «Sevmaş» zavodunun istehsalat gücü 2027-ci ilə qədər tam həcmdə Müdafiə Nazirliyinin (MN) sifarişləri ilə yüklənib. Zavod hər il Rusiya HDD-na bir ədəd «Borey-A» və bir ədəd «Yasen-M» ASQ verməlidir.

Dekabrın 16-da MN xəbər vermişdi ki, dövlət müdafiə sifarişlərinin icrasını yoxlamaq üçün Krivoruçko «Sevmaş»a səfər edib.

Dördüncü nəsil atom sualtı kreyserlərinin «Borey» və «Borey-A» layihə silsiləsi «Bulava» qitələrarası ballistik raketləri ilə silahlanır və onlar yaxın 10 ildə strateji dəniz qüvvələrinin əsasını təşkil edəcəklər. Aparıcı atom-sualtı «Borey-A» təkmilləşdirilmiş layihəli kreyser - «Knyaz Vladimir» Rusiya HHD tərkibinə cari il iyunun 12-də verilib.

Aparıcı sualtı «Yasen-M» layihəli qayıq - «Kazan» adlanır. Hazırda o, tamamlayıcı dövlət sınaqları mərhələsini keçir. Qayıq 2017-ci ildə suya buraxılıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru