İngiltərə kraliçası sevdiklərindən ayrı düşdü

26-12-2020, 08:20           
İngiltərə kraliçası sevdiklərindən ayrı düşdü
İngiltərə kraliçası İkinci Yelizaveta ilk dəfə olaraq Yeni İl (Noel) həftəsini ailəsindən ayrı keçirməyə məcbur qalıb.

Publika.az Reuters-ə istinadən xəbər verir ki, ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar kraliça həyat yoldaşı Prins Filip ilə özlərini təcrid edib. O, ailənin digər üzvləri ilə yalnız videobağlantı və zəngləşmə vasitəsilə əlaqə saxlaya bilir. Ümumilikdə isə bu il İngiltərədə Yeni il şənlikləri və bayramlaşmalar keçirilmir.

94 yaşlı kraliça televiziya vasitəsilə etdiyi bayram təbrikində xalqa "Siz tək deyilsiniz" mesajını verib. "Qəribədir, hər birimizi ayrı salan bu il, həm də bizləri daha da yaxınlaşdırdı", deyə Yelizaveta ümid verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru