Ermənistan Qarabağda öldürülən hərbçilərinin daha bir siyahısını açıqladı

26-12-2020, 17:36           
Ermənistan Qarabağda öldürülən hərbçilərinin daha bir siyahısını açıqladı
Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 147 hərbçisinin adını açıqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 2017-yə çatıb.

Bildirilir ki, 11 dekabr tarixinə qədər Ermənistan Səhiyyə Nazirliyinin məhkəmə tibb xidməti 2996 hərbi qulluqçunun qalıqları üzərində müayinə aparıb.

Ermənistan tərəfinin məlumatına görə, hələ həlak olanların hamısı hərbi idarənin itki siyahısına daxil edilməyib. Bundan başqa, indiyədək qətlə yetirilmiş (?) 1 073 erməni hərbçisinin meyiti aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru