Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etdi

27-12-2020, 04:42           
Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etdi
Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.

Teref.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

Makron deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”.

O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb.

“Qraparak” isə yazır ki,”bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”. (virtualaz.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.