Putin Zelenskinin İkinci Dünya müharibəsi barədə dediklərindən inciyib

28-12-2020, 00:07           
Putin Zelenskinin İkinci Dünya müharibəsi barədə dediklərindən inciyib
Peskov: “Bu, yalnız Putinin deyil, həm də keçmiş SSRİ-nin bütün ölkələrinin qazilərinin qəlbinə toxundu”

“Ukrayna Prezidenti Vladimir Zelenskinin İkinci Dünya müharibəsinə görə Rusiyanın da nasist Almaniyası qədər məsuliyyət daşıdığını deməsi, Rusiya lideri Vladimir Putini çox incitdi”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Zelenski belə bir səhv açıqlamanı İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubleyi ilində deyib: “Bu, yalnız Prezident Putinin deyil, həm də keçmiş SSRİ-nin bütün ölkələrinin qazilərinin, veteranlarının qəlbinə toxundu”.

Qeyd edək ki, Polşaya işgüzar səfəri zamanı Ukrayna Prezidenti V.Zelenski İkinci Dünya müharibəsinin başlanmasında nasist Almaniyası ilə SSRİ-nin eyni dərəcədə günahkar olduqlarını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru