Nikol Paşinyanın maaşını 2680 dollar kəsdilər

29-12-2020, 00:59           
Nikol Paşinyanın maaşını 2680 dollar kəsdilər
İqtisadi böhrana rəğmən Ermənistan hökuməti dövlət qulluqçularının maaşlarını artırmayacaq. Ona görə də “Dövlət qulluğunda olan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna təklif olunan dəyişiklik qəbul edilməyib. Qanuna əsasən, əməkhaqqının baza hissəsinə hesablanacaq müxtəlif faizlər dəyişməz olaraq qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti yanında Dövlət Qulluğu Bürosunun rəhbəri Vaçe Kalaşyan məlumat verib.

O bildirib ki, “Ölkədə minimum əməkhaqqının 68 min dram (təqribən 130 dollar) səviyyəsinə yüksəlməsinə baxmayaraq, məmurların maaşları dəyişməyəcək. Baxmayaraq ki, təklif olunan qanun layihəsində bu rəqəmin 66 min dramdan 73 min drama qədər yüksəldilməsi nəzərdə tutulmuşdu. Ölkədəki çətin sosial vəziyyəti nəzərə alaraq, baza dərəcəsini endirəcəyik və qanunun tələbinə uyğun olaraq maaşları artırmağa ehtiyac qalmayacaq”.

Belə bir qərar dövlətin yüksək vəzifəli şəxslərinin maaşlarına da zərbə vurur. Belə ki, baza nisbəti 7 min dram artmazsa, Ermənistan prezidenti Armen Sarkisyan ayda 140 min dramdan (təxminən 2800 ABŞ dolları) az maaş alacaq, Baş nazir Nikol Paşinyan isə hər ay 133 min dramdan (təxminən 2680 ABŞ dolları) məhrum olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.