Pandemiya onu dünyanın ən varlı adamları siyahısına saldı - İnanılmaz

28-12-2020, 22:17           
Pandemiya onu dünyanın ən varlı adamları siyahısına saldı - İnanılmaz
Dünyanın ən çox istifadə olunan videokonferans tətbiqlərindən biri “Zoom”un gəliri pandemiya dövründə dörd dəfə, mənfəət nisbəti isə 90 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, “Zoom”un qurucusu və icraçı direktoru Eric Yuan pandemiya dövründə dünyanın ən varlı 100 adamından biri olub.

2019-cu ilin aprelində kütləvi şəkildə satışa çıxarılan şirkətin səhmləri artaraq 450 faizdən çox qazanc əldə edib. Peyvənd istehsalçısı “Moderna” və “Tesla”nın çinli rəqibi “Nio” kimi bu ilin ən yaxşı səhmlərindən birinə çevrilən “Zoom” bu müddətdə digər texnologiya şirkətlərindən fərqlənib.

“Zoom”un səhmlərinin təqribən 17 milyard dollar olduğu bildirilir.

2007-ci ildə satın aldığı “Webex” videozəng proqramı üzərində işləyən Eric Yuan COVID-19 epidemiyasından əvvəl də milyarderlər arasındaydı. Lakin o, indi dünyanın ən varlı 100 adamından biri sayılır.

“Zoom” dünyanın güclü texnologiya şirkətləri tərəfindən hazırlanmış bir proqram olmasa da, “Cisco”, “Facebook”, “Google” və “Microsoft” kimi nəhəng şirkətlər pandemiya prosesi zamanı “Zoom”la aralarındakı fərqi qaldırmağa çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.