Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

21-01-2021, 23:39           
Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı
Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. TASS xəbər verir ki, bunu ölkə kansleri Angela Merkel bəyan edib. O, bildirib ki, hazırda başlıca təhlükə virusun müxtəlif mutasiyalarıdır.

“Hazırda Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. Lakin gərginlik getdikcə azalır. Yeni yoluxanların və intensiv terapiya şöbələrində olanların sayında da azalma var”, -deyə kansler bildirib.

O xatırladıb ki, son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan dünyasını dəyişib. Bu səbəbdən də pandemiyanı əsrin fəlakəti hesab etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada ikinci sərt karantin rejimi qüvvədədir. Ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru