Albaniya Rusiya diplomatını arzuolunmaz şəxs elan etdi və... ÖLKƏDƏN ÇIXMASI ÜÇÜN 72 SAAT VAXT VERDİ

22-01-2021, 09:25           
Albaniya Rusiya diplomatını arzuolunmaz şəxs elan etdi və...
Albaniya hökuməti rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.

Virtualaz.org Rusiya KİV-inə istinadən bildirir ki, buna səbəb diplomatın ölkədə koronavirusla bağlı tətbiq olunan epidemioloji tədbirlərə riayət etməməsi olub.

Albaniya Xarici İşlər Nazirliyi, Rusiyanın Tiranadakı səfiri Mixail Afanasyevlə əlaqə saxladıqlarını, səfirliyin diplomatı tərəfindən COVID-19 ilə mübarizə üzrə məhdudiyyətlərin pozulmasının davam etməsindən narahatlıq ifadə etdiklərini bildiriblər.

"Təəssüf ki, vədlərin əksinə olaraq, diplomat tətbiq olunan məhdudiyyətləri pozmağa davam etdi... Albaniya hökuməti təəssüf hissi ilə diplomat Aleksey Krivoşeyevi rəsmi bildiriş anından etibarən 72 saat ərzində ölkəni tərk etmə məcburiyyəti ilə persona non grata elan etmək qərarına gəldi", - Albaniya xarici siyasət idarəsinin bəyanatında bildirilib.

Amma rəsmi Tirana Rusiya diplomatının məhz hansı qaydalar pozduğunu açıqlamayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.