Yaponiya nüvə silahının qadağan olunması sazişinə qoşulmayacaq

23-01-2021, 08:58           
Yaponiya nüvə silahının qadağan olunması sazişinə qoşulmayacaq
Yaponiya nüvə silahının qadağan olunması haqqında sazişə qoşulmayacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

“Bizim bu sazişi imzalamaq fikrimiz yoxdur”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkəsi üçün daha uyğun variant nüvə silahının azaldılması yolu ilə getməkdir.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında saziş 50 ölkə tərəfindən imzalanıb. Nüvə klubunun üzvü olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin hələ 2018-ci ildə bu müqaviləni imzalamayacaqlarını bildirib.paralel.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru