Ukraynada sərt karantin rejimi ləğv edilir

24-01-2021, 22:46           
Ukraynada sərt karantin rejimi ləğv edilir
Ukraynada koronavirusun kütləvi yayılmasına görə yanvarın 8-dən tətbiq olunan sərt karantin rejimi yanvarın 25-i saat 00:00-dan ləğv edilir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı qərar Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Bununla da Ukraynada martın 31-dək yumşaldılmış karantin müddəti hökm sürəcək. Bu müddətdə ticarət-əyləncə mərkəzləri, idman zalları, fitnes-mərkəzləri, hovuz, kino və teatrların fəaliyyəti, kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Kafe və restoranlar saat 07:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, sərt karantin rejimi bütün ölkə üzrə tətbiq edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru