Saakaşvili Poroşenkoya “onları sil” dedi

6-02-2016, 13:53           
Saakaşvili Poroşenkoya “onları sil” dedi
Prezident Pyotr Poroşenko hökumət ətrafında baş verən konfliktlərlə əlaqədar artıq qərar verməlidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib.

O, hökumətin tamamilə dəyişdirilməsinə ehtiyac olduğunu bildirib:

“Düşünürəm ki, Poroşenko ölkənin maraqlarını nəzərə alıb qərar verməlidir. Bütün hökumətin yenilənməsinə ehtiyac var. Eyni zamanda Baş prokuror Viktor Şokin də dəyişdirilməlidir. Bəzi insanlar var ki, onlar siyasətdən silinməlidir. Bu, Ukraynanın inkişafı üçün lazımdır. Hökumət insanların yaşamasına və özlərini inkişaf etdirməsinə mane oldu”.

Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın İqtisadi inkişaf və Ticarət naziri Ayvaras Abromaviçus istefa verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.