İran sərbəst qalan pullarını hara köçürür - Sensasion təfərrüat
6-02-2016, 13:57
İranın ABŞ və Avropa ölkələrinin embarqo tətbiq etməsi səbəbiylə istifadə edə bilmədiyi pullarının bir qismi sərbəst buraxılıb.
Avropa.info xəbər verir ki, İranın danışıqlar zamanı razılığın əldə olunması ilə həbs qoyulan 100 milyard dollardan 23 milyardının artıq İranın istifadəsinə verildiyi bildirilir.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, İran hökumətinin istifadəsinə icazə verilən bu pulun artıq bir hissəsini beynəlxalq ticarətdə ən rahat istifadə edə biləcəyi ölkələrdən biri sayılan Türkiyəyə köçürdüyü məlum olub.
Türkiyə mətbuatında yayılan məlumata görə İran Yaxın və Uzaq Şərq ölkələrində blok salınmış pulu Türkiyəyə gətirməyə başladığı və Türkiyə lirəsi aldığı üçün eyni zamanda türk lirəsinin güclənməsini təmin edir.
Sözügedən pulların Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və Çində olan banklardan Türkiyədəki 2-si xarici olmaqla 5 müxtəlif bankda saxlanıldığı bildirilir.
İrana qarşı tətbiq olunan embarqoların ləğv olunduğu 17 yanvar tarixindən bu yana türk lirəsi dünyada dollara qarşı ən yaxşı qalan 3-cü pul vahidi olub.