ABŞ-dan İŞİD haqda sensasion hesabat - O ölkəni ələ keçirir
6-02-2016, 14:11
ABŞ-ın kəşfiyyat hesabatlarına görə strateji bölgələrdən çəkilmək məcburiyyətində qalan İŞİD yeni ölkəni özünə qərargah seçib.
Avropa.info xəbər verir ki, hazırlanan hesabatlara görə Suriya və İraqda koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində təşkilat sabitliyin təmin edilə biləcəyi bir başqa ölkədə öz varlığını artırır.
ABŞ ordusu tərəfindən hazırlanan kəşfiyyat hesabatları İŞİD-in öz qüvvələrini Liviyaya çəkərək orada özünə yeni mərkəz qurmaq istədiyini göstərir.
AFP xəbər agentliyinin dərc etdiyi analiz yazısında İŞİD-in Suriya və İraqda 20-33 min arası olan döyüşçülərinin sayı 19-25 minə qədər azalıb. Amma təşkilatın Liviyadakı canlı qüvvəsinin sayı iki dəfə artaraq 5 minə çatıb.
İŞİD-in Qəddafinin məmləkəti olan Sirt şəhərini nəzarəti altında saxladığını vurğulayan MKİ-nin sabiq analitiki Patrik Skinner məsələyə münasibət bildirərkən bunları deyib:
"İŞİD bir yeri ələ keçirdisə, oranı yenidən geri qaytarmaq həm baha başa gəlir, həm də qanlı olur"