BMT Təhlükəsizlik Şurası KXDR-in raket buraxılışından sonra təcili iclas keçirə bilər
7-02-2016, 12:46
KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
Məlumata görə, iclasın artıq bu gün günorta saatlarında keçiriləcəyi bildirilir. Əlavə məlumat verilmir.
Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.
Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib.
ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.
Pentaqonun rəsmi nümayəndəsi vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü qeyd edib. Sosial səhifələrdə paylaş