Koçaryan böyük siyasətə qayıtdığını ELAN ETDİ

6-02-2021, 21:32           
Koçaryan böyük siyasətə qayıtdığını ELAN ETDİ
Ermənistanın ikinci prezidenti Robert Koçaryan böyük siyasətə qayıtdığını bildirib.

Teref.az xəbər verir ki. R.Koçaryan bu barədə "Sputnik Armenia” saytına verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, indi güclü şəxsiyyətlərə tələbat yaranıb.

"İnsanlar populizmin bəhrəsini, rəngli inqilabların və təcrübəsiz insanların işlərinin dadını görüblər”,-Robert Koçaryan deyib.
Onun fikirncə, Ermənistanda yeni parlament seçkiləri ikiqütblü olacaq. Belə ki, rəqabət mövcud hökumət və onun əleyhdarları arasında gedəcək.

Ermənistanın ikinci prezidenti 2008-ci il 1 mart cinayət işi üzrə konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Robert Koçaryan barəsində çıxarılan həbs qətimkan tədbiri ötən il girovla dəyişilib və o, həbsdən azad edilib. Robert Koçaryan özünü günahkar hesab etmir və Paşinyan hakimiyyəti tərəfindən siyasi səbəblərlə təqib olunduğunu bildirir. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru