Tbilisidə itaətsizlik yürüşü keçirilir

7-02-2021, 00:19           
Tbilisidə itaətsizlik yürüşü keçirilir
Tbilisinin mərkəzi Rustaveli prospektində “komendant saatı”nın başladığı yerli vaxtla saat 21:00-da itaətsizlik yürüşü start götürüb.

“Report” xəbər verir ki, “Ayıbdır” hərəkatının təşkil etdiyi aksiyada ictimai fəallar, müxalifət təmsilçiləri və biznes sektorunun nümayəndələri iştirak edirlər.

Aksiyanın əsas tələbi koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan “komendant saatı” və məhdudiyyətlərin aradan götürülməsidir.

Təşkilatçıların sözlərinə görə, hökumətin böhrandan çıxış üçün planı yoxdur və artıq itaətsizlik zamanı yetişib.

Qeyd edək ki, Gürcüstanda “komendant saatı” ötən ilin noyabrından tətbiq olunur. Saat 21:00-dan saat 05:00-dək vətəndaşların və avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Bu məhdudiyyət martın 1-dək qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru