İlon Maskın sərvəti bir həftədə 11,5 milyard dollar artdı

7-02-2021, 03:18           
İlon Maskın sərvəti bir həftədə 11,5 milyard dollar artdı
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, amerikalı iş adamı İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb.

Bu barədə "Forbes" nəşri məlumat yayıb.

Nəşrin hesablamalarına əsasən, iş adamının sərvəti 184,3 milyard dollara çatıb. "Tesla" şirkətinin sərmayələrinin məzənnəsi bir həftədə 7,4 faiz artıb. Ötən gün ABŞ-da keçirilən ticarət sessiyasından sonra qiymətli kağızların dəyəri 852,23 dollara yüksəlib.

"Bloomberg" agentliyi İlon Maskın aktivlərinin ümumi dəyərini 203 milyard dollar olaraq qiymətləndirir. İş adamının sərvətinin il ərzində artmasına əsas səbəb kimi "Tesla"nın kapitallaşmasının artması göstərilir. 2020-ci ilin əvvəlində bu, 100 milyard dollardan az idi, indi isə 800 milyard dolları keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.