Ruhani: "Vaksinasiya bu həftə başlayacaq"

7-02-2021, 04:44           
Ruhani: "Vaksinasiya bu həftə başlayacaq"
İranda koronavirusa qarşı vaksinasiya bu həftə başlayacaq

İran Prezidenti Həsən Ruhani ölkədə peyvəndin bu həftə başlayacağını və səhiyyə işçilərinin prioritet olacağını söyləyib.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında vaksinasiya prosesi barədə haqqında məlumat verib. O, peyvəndləmə işlərinin Səhiyyə Nazirliyinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq bu həftə başlayacağını bildirib. İlk olaraq səhiyyə işçiləri, yaşlılar və xroniki xəstəlikləri olanlara vaksin vurulacağı deyilib. İranın idxal etdiyi peyvəndlərin ilk hissəsinin ölkəyə çatdığını və fevral ayında da növbəti mərhələdə nəzərdə tutulan dozanın gətiriləcəyi bildirilib.

İranın 84 milyon əhalisi olduğunu və bütün əhalinin vaksinasiyasının 6 aydan çox vaxt alacağını qeyd edən Ruhani istehsal etdikləri vaksinin yaz və yay aylarında hazır olacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru