Qalibaf Putinlə görüşə buraxılmadı – Protokola əməl etmədiyindən

7-02-2021, 02:10           
Qalibaf Putinlə görüşə buraxılmadı –
İran parlamentinin sədri Məhəmməd Qalibafın Rusiya prezidenti ilə görüşü baş tutmayıb.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, Qalibaf dövlət başçısı Vladimir Putinlə görüş üçün tələb olunan zəruri tibbi protokolları qəbul etməkdən imtina edib.

Bu barədə İran Məclisinin deputatı, spikeri səfərdə müşayiət edən Müctəba Təvangər şəxsi “Twitter” səhifəsində məlumat verib.

O yazıb: “Doktor Qalibafın Vladimir Putinlə görüşünün yekunlaşması barədə öncəki məlumatım doğru xəbər deyil. Əlbəttə, Rusiya prezidenti ilə görüş gündəmdə idi və bu, əvvəlcədən planlaşdırılmışdı. Amma Rusiyada Putinlə görüş üçün xüsusi tibbi protokollar var və doktor Qalibaf həmin protokollara əməl etməkdən boyun qaçırıb. Buna görə də, vacib mesaj səfər zamanı Putinin təyin etdiyi nümayəndə ilə bir görüşdə müzakirə ediləcək”.

Xatırladaq ki, Rusiya prezidenti ilə görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da müvafiq ölkələrə gəlmiş rusiyalı həkim briqadasının testindən keçmişdi.

Üstəlik, İran mənbələri, o cümlədən İran parlamentinin iqtisadiyyat komissiyasının üzvü Müctəba Təvangar üçgünlük səfərin fevralın 7-də başlayacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru