Avropa birjalarında çöküş

8-02-2016, 20:34           
Avropa birjalarında çöküş
Avropa birjaları, investorların qlobal iqtisadi inkişafa dair narahatçılıqlarının artması ilə əlaqədar olaraq 16 ayın ən aşağı səviyyələrinə geriləyib, istiqraz faizləri və neft qiymətləri də aşağı düşüb.

Avropadakı 300 böyük şirkəti izləyən FTSEurofirst 300 indeksi 2.3% düşərək 1253.33 punkta enib və Oktyabr 2014-dən bu yana ən aşağı səviyyəyə enib.

Avropa birjalarındakı satışlara bank və avtomobil şirkətlərinin səhmlərinin başçılıq etdiyi görünür. Avropa banklarının səhmləri 2.6 faiz düşərkən, faizlərin mənfi olduğu mövcud şəraitdə gəlirliliyin düşəcəyi həyəcanı ilə ilin əvvəlindən bu yana qeyd edilən itkilər 16%-i aşıb.

Digər tərəfdən, ABŞ-ın Dow Jones və S&P 500 indeksimim müddətli əməliyyatları 1.2 faiz geriləyərkən, Nasdaq perspektivliləri də 1.6 faiz minusdadır. ABŞ-ın 10 illik Xəzinə istiqrazlarının gəliri isə 3 punkt azalma ilə təxminən bir ilin ən aşağı səviyyəsi olan 1.81%-ə geriləyib. Brent neftinin qiyməti isə 2%-in üzərində itkiylə 33 dollara düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.