Ukrayna mətbuatı Rusiyanı həssas yerindən "vurdu": Rusların öyündükləri çar I Pyotr gürcü çıxdı!

8-02-2016, 21:55           
 Ukrayna mətbuatı Rusiyanı həssas yerindən "vurdu": Rusların öyündükləri çar I Pyotr gürcü çıxdı!
Məşhur rus yazıçısı Aleksey Nikolayeviç Tolstoy “Birinci Pyotr” romanı üzərində işləyərkən, kifayət qədər qeyri-adi faktla rastlaşır: Rusiya monarxlarının ən böyüyü, Romanovlar ailəsinin fəxri I Pyotrun nə rus millətinə, nə də familiyasına hər hansı bir dəxli var!

Strateq.az Обозреватель UA-ya istinadən bildirir ki, bu fakt yazıçını son dərəcə həyəcanlandırır və digər böyük diktatorla (Stalinlə - red.) tanışlığından istifadə edib, elə ehtiyatsız digər yazıçıların taleyini də yada salaraq məsləhət üçün ona müraciət etmək qərarına gəlir. Həm də ona görə ki, məlumatın hansısa mənada rəhbərə kifayət qədər dəxli var idi.

Məlumat fitnəkar və yayğın mənalı idi. Aleksey Nikolayeviç sənədi, yəni I Pyotrun mənşəcə rus deyil, gürcü olduğundan açıq şəkildə xəbər verən hansısa məktubu Stalinə gətirir!

Maraqlıdır ki, Stalin bu qədər qeyri-adi insidentdən əsla təəccüblənmir. Hətta sənədlə tanışlıqdan sonra Tolstoydan bu faktı gizlətməyi xahiş edri və onun ictimailəşməməsi üçün öz istəyini kifayət qədər sadə şəkildə əsaslandırır: “Heç olmasa, onların fəxr edə biləcəyi bir “rus”u saxlayaq!”

Bəs bu, hansı məktub idi ki, “xalqlar atası” onu gizlətməyi məsləhət bilmişdi?

Söhbət İmeretiya çarı II Arçilin qızı Darya Arçilovna Baqration-Muxranskyanın öz əmisi qızı, minqrel knyazı Dadianinin qızına məktubundan gedir.

Pyotrun atasının hansı gürcü knyazının olması barədəsə iki versiya var.

I versiyaya görə, 1669-cu ildə çar Aleksey Mixayloviçin arvadı Mariya İlyiniçna Miloslavskaya doğuşdan sonra vəfat edib. Bundan sonra çara o vaxt Moskvada yaşayan Krım-tatar knyaginyası Natalya Krillovna Narışkinanın məsləhət görürlər. Və gündəmə varis məsələsi çıxır. Çünki birinci arvaddan doğulanlar çarın özü kimi xəstə və sısqa idilər. Lakin yeni varisi dölləşdirəsi ata da lazım idi. Tarixçilərin araşdırmasına görə, bu missiya üçün ən uyğun namizəd çar Aleksey Mixayloviçin yaxını, gürcü şahzadəsi İrakli idi. Gürcü şahzadəsi sarayda həm də "xaç atası" rolunu oynayırdı. Bu dəfə isə döl məsələsində də yardımçı olmağa məcbur oldu. O, uşağın adını Pyotr qoyduqdan sonra 1674-cü ildə Rusiyanı tərk etdi və Kaxetiya knyazlığının taxtına çıxdı. Amma bu rütbəni əldə etmək üçün İslamı qəbul etməli oldu...

İkinci versiyaya görə, gələcək monarxın atası İran şahının basqısı altında Gürcüstandan qaçmış və bir neçə ay çarın sarayında qonaq olmuş İmeretiya çarı II Arçildir. Onu praktik olaraq knyaginyanın yataq otağına baş çəkməyə, daha doğrusu, gözlədikləri uşağın dölünü tutmağa məcbur ediblər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.